Böyük tədbirlərdə nəqliyyatın düzgün planlanması tədbirin ümumi uğurunda əsas rol oynayır. Qonaqların vaxtında çatdırılması, rahat daşınması və logistikanın düzgün idarə olunması peşəkar yanaşma tələb edir.
AFN TRANSPORT VƏ RENT A CAR böyük tədbirlər üçün nəqliyyat prosesi əvvəlcədən detallı planlama ilə başlayır. İlk mərhələdə tədbirin proqramı, qonaq sayı və marşrutlar dəqiq şəkildə analiz edilir. Bu məlumatlara əsasən lazım olan avtomobil sayı və növləri müəyyənləşdirilir.
Daha sonra avtomobil parkı tədbirin xarakterinə uyğun şəkildə hazırlanır. VIP qonaqlar üçün premium avtomobillər, böyük qruplar üçün isə mikroavtobus və komfortlu nəqliyyat vasitələri seçilir. Bu yanaşma həm rahatlıq, həm də operativlik təmin edir.
Tədbir günü bütün nəqliyyat prosesi koordinasiya mərkəzi tərəfindən idarə olunur. Sürücülər əvvəlcədən təlimatlandırılır və qrafikə uyğun şəkildə hərəkət edilir. Qonaqların qarşılanması, yerləşdirilməsi və vaxtında tədbir məkanına çatdırılması tam nəzarət altında həyata keçirilir.
AFN TRANSPORT VƏ RENT A CAR olaraq bir sıra iri miqyaslı tədbirlərdə məhz bizim avtobuslarımızdan və minikavtomobilllərimizdən istifadə olunub.
AFN TRANSPORT VƏ RENT A CAR – ETIBARLI YOLUN ÜNVANI